Hatayda ağır qəza:Mikroavtobus tırla toqquşdu – 1 ölü, 15 yaralı
Türkiyənin Hatay şəhərində fəhlələri daşıyan servis mikroavtobusu tırla toqquşub. Dəhşətli yol qəzası Erzin-Ceyhan magistral yolunda baş verib.
hadiseler.info İHA-ya istinadən bildirir ki, müəssisədən çıxan işçi servisi qarşıdan gələn tırla kəllə-kəlləyə çırpılıb. Qəza yerinə dərhal xilasedicilər, təcili yardım və jandarma heyəti cəlb olunub.
Qəza nəticəsində mikroavtobusda olan Mehmet Menteş adlı fəhlə həyatını itirib. Yaralanan 15 nəfər isə xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.
Fəhlələrin iş növbəsindən sonra evlərinə qayıtdıqları məlum olub. Faktla bağlı araşdırma aparılır.

No Comment! Be the first one.