İspaniyada yüzlərlə miqrant aksiya keçirdi – Foto
İspaniyanın Seuta anklavında yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib.
hadiseler.info “Reuters”ə istinadən bildirir ki, aksiya iştirakçıları İspaniya bayraqları və sığınacaq tələb edən plakatlar qaldırıblar.
Miqrantlar hazırda çimərliklərdə və düşərgələrdə yaşayırlar. Onlar İspaniyanın materik hissəsinə keçmək istəyirlər. Lakin ölkə hakimiyyəti buna icazə vermir.
İyulun 30-da minlərlə miqrant Seuta və Melilya anklavlarına keçməyə cəhd edib. Həmin vaxt 100-dək şəxsin həlak olduğu bildirilir.
Rəsmi Madrid bölgəyə əlavə hərbi qüvvələr göndərib. Buna baxmayaraq, şəhərdə hələ də təxminən 5 min miqrant qalmaqdadır.


No Comment! Be the first one.