Sabah Azərbaycanda hava 36 dərəcəyədək qızacaq
Azərbaycanda avqustun 18-də hava şəraitinin yağmursuz keçəcəyi, bəzi bölgələrdə temperaturun 36 dərəcəyədək yüksələcəyi gözlənilir.
hadiseler.info Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 21-24° isti, gündüz 28-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gündüz 45-50% olacaq.
Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Temperatur gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda isə gündüz 20-25° isti olacaq.
No Comment! Be the first one.