Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Suriyada partlayış: Ölənlər və yaralananlar var
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Suriyada partlayış: Ölənlər və yaralananlar var
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
İdman

Qurban Qurbanov Abdullah Zubirin komandadan gedişi barədə danışdı

Avqust 18, 2026
14 Views

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fransalı yarımmüdafiəçi Abdullah Zubirin komandadan ayrılması və ona vida matçının təşkil olunmaması məsələsinə münasibət bildirib.

hadiseler.info xəbər verir ki, təcrübəli mütəxəssis transfer prosesinin çox tez yekunlaşdığını vurğulayıb:

“Vida matçı təklif etmədik, məsələ bir neçə günün içində həll olundu. Ümumiyyətlə, indiyədək heç bir futbolçumuza vida oyunu keçirməmişik. Həm hazırda vaxtımız yoxdur, həm də klubda belə bir ənənə formalaşmayıb. Komandamızda 10-15 il çıxış edən, buna layiq olan xeyli oyunçu olub, gələcəkdə nəzərdən keçirə bilərik. Zubir özü çox sadə, ədəbli-əxlaqlı bir insandır. Belə bir matçının təşkil olunub-olunmaması onun üçün birinci dərəcəli məsələ deyil. O, “Qarabağ”dakı iş və həyat tərzini hər zaman yüksək qiymətləndirib, futbolundan həzz alıb. Bu da onun üçün kifayətdir.

Komandamızda belə ayrılıqlar çox olub. Bütün futbolçuların müəyyən karyera ömrü var, amma Zubir kimi oyunçular hər məşqçiyə nəsib olmur. O, komandada bir dəfə də olsun məşq buraxmadı, nizam-intizamı pozmadı. Təkcə zədə və ya xüsusi səbəblərdən bir neçə matçı qaçırıb. Həm meydanda, həm də geyinmə otağında sağlam atmosfer yaradırdı, işini saat kimi dəqiq görürdü. İstərdim ki, belə oyunçularımızın sayı çox olsun. Hücum xəttində axtarışlarımızı davam etdiririk. Təkcə onun mövqeyinə yox, ümumilikdə bütün xətlər üzrə yeni futbolçular nəzərdən keçiririk. Məhz Zubirin eynisi olmayacaq, fərqli keyfiyyətlərə malik futbolçu gətirib onun üstünlüklərindən yararlanacağıq. O, “Qarabağ”a çox fayda verən və məşqçi kimi mənim oyun fəlsəfəmə tam uyğun gələn bir oyunçu idi”, – deyə Q.Qurbanov qeyd edib.

Tags:

Abdullah ZubirFutbolhadiseler infoQarabağ FKQurban QurbanovTransfer

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları start götürür

Next

Rostovda dəhşətli meşə yanğını baş verib

Next
Avqust 18, 2026

Rostovda dəhşətli meşə yanğını baş verib

Previous
Avqust 18, 2026

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları start götürür

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İdman
“Trabzonspor” braziliyalı ulduz Fabinyonu transfer etdi
Ayla
Avqust 24, 2026
İdman
Voleybolçu qadınlarımız Rumıniya ilə qarşılaşır
Ayla
Avqust 24, 2026
İdman
“Sabah” – “Hapoel” matçının hakimləri açıqlandı
Ayla
Avqust 23, 2026
İdman
Azərbaycan MMA idmançıları Dünya Çempionatında gümüş medal qazandılar
Ayla
Avqust 23, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Suriyada partlayış: Ölənlər və yaralananlar var
Avqust 24, 2026
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
Avqust 24, 2026
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Avqust 24, 2026

Top kateqoriyalar

Dünya 305
Hadisə 191
Siyasət 138
İdman 131

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya