Generalın oğlu vəzifəsindən azad edildi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar Xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad olunub.
Ədliyyə naziri Fərid Əhmədovun imzaladığı müvafiq əmrə əsasən, R.Qasımzadə öz xahişi ilə ədliyyə orqanlarında xidmətinə xitam verib.
Qeyd edək ki, Rauf Qasımzadə 2 il əvvəl Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi vəzifəsinə təyin olunmuşdu. Onun atası general-mayor Aydın Qasımov isə uzun illər ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi və Məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi postlarında çalışıb.
No Comment! Be the first one.