Naxçıvanda daha 68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub
hadiseler.info xəbər verir ki, Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillərin təqdimetmə mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan vətəndaşlar üçün daha 68 mənzil ayrılıb. Təqdim edilən mənzillərin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digərləri isə Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarında yerləşən yeni binalardadır. Tədbirlərdə dövlət qurumlarının və yerli icra hakimiyyətlərinin rəhbər şəxsləri iştirak ediblər.
Postmüharibə dövründə ölkə üzrə 7300, ümumilikdə isə indiyədək 16 mindən çox mənzil şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Naxçıvan Muxtar Respublikasında isə ötən dövr ərzində bu kateqoriyadan olan şəxslərə verilən mənzillərin sayı 400-ə çatıb. Evlə təmin olunan vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.










No Comment! Be the first one.