Azərbaycan yeni tranzit xəttini istifadəyə verir
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük tədarükü həyata keçiriləcək.
hadiseler.info xəbər verir ki, 39 vaqondan ibarət və ümumi çəkisi 2 725 ton olan buğda yükü “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yönləndiriləcək.
Məlumata görə, indiyədək bu tranzit marşrutu ilə Rusiyadan Ermənistana 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 1 114 ton kömür, 133 ton alüminium və 67 ton taxta materialı daşınıb.
Eyni zamanda, bu dövr ərzində Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
No Comment! Be the first one.