Azərbaycan neftinin qiyməti 95 dolları keçdi
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti növbəti dəfə bahalaşıb.
hadiseler.info xəbər verir ki, neftimizin bir barelinin qiyməti 0,9 dollar (0,95%) artaraq 95,48 ABŞ dollarına yüksəlib. Ötən gün bu göstərici 94,58 dollar təşkil edirdi.
Məlumat üçün bildirək ki, bu ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları nəzərdə tutulub.
No Comment! Be the first one.