Çində inanılmaz olay: 5 yaşlı uşağın mədəsindən qızıl külçə çıxarıldı
Çinin paytaxtı Pekində həkimlər nadir rast gəlinən tibbi əməliyyat həyata keçiriblər.
hadiseler.info xəbər verir ki, Pekin Uşaq Tibb Mərkəzinə gətirilən 5 yaşlı qız uşağının mədəsindən 50 qramlıq qızıl külçə çıxarılıb. Təxminən altı saat mədəsində yad cisimlə qalan balaca dərhal təcili cərrahiyyəyə götürülüb.
Həkimlər endoskopik üsulla cəmi bir neçə dəqiqə ərzində qızılı uşağın orqanizmindən xaric ediblər. Səhhəti qaydasında olan uşaq artıq evə buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur.
No Comment! Be the first one.