Ermənistanda 250 min insan təhlükə ilə üz-üzədir
Ermənistan məhsullarının Rusiyaya ixracına qoyulan məhdudiyyətlər ölkədə ciddi sosial-iqtisadi risklər yaradıb.
hadiseler.info xəbər verir ki, parlamentin “Güclü Ermənistan” fraksiyasının deputatı Hayk Farmanyan ölkənin 250 min sakinini əhatə edən kənd təsərrüfatı sektorunun böhranla üzləşdiyini bildirib. Deputat fermerlərin və onların ailələrinin böyük zərər çəkəcəyini, fəsadların bir neçə aydan sonra daha aydın görünəcəyini vurğulayıb.
Xatırladaq ki, “Rosselxoznadzor” fitosanitar pozuntuları əsas gətirərək may ayından etibarən Ermənistandan gətirilən balıq, meyvə-tərəvəz, üzüm və digər bitki mənşəli məhsulların tədarükünə tam məhdudiyyət qoyub. Qeyd edək ki, Rusiya Ermənistanın kənd təsərrüfatı ixracının 90%-dən çoxunu təşkil edən əsas satış bazarıdır.
No Comment! Be the first one.