“Green Card” uddu, “Yeni Klinika”dakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA
hadiseler.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Ravil Tağıyev “Yeni Klinika”nın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən öz xahişi ilə ayrıldığını bildirib.
O, bu qərarı verməsinin iki ana səbəbi olduğunu vurğulayıb. Ravil Tağıyev böyük övladının ABŞ-nin Florida ştatında ali təhsilə başlamasını və özünün ötən il “Green Card” proqramında qalib gəlməsini əsas gətirib. Bu səbəbdən o, iyul ayında işdən ayrılmaq üçün ərizə yazdığını və rəhbərliyin müsbət cavab verdiyini qeyd edib.
Qeyd edək ki, Ravil Tağıyev dövlət xətti ilə səhiyyə təşkilatlarının idarə edilməsi sahəsində Türkiyədə doktorantura təhsilinə icazə verilən ilk azərbaycanlı mütəxəssisdir.
No Comment! Be the first one.