Samuxda qarayara şübhəsi: Dezinfeksiya və profilaktik tədbirlər aparıldı
Samux rayonundakı heyvandarlıq təsərrüfatlarının birində qarayara xəstəliyinə şübhəli halın qeydə alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib.
hadiseler.info xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ərazidə epizootoloji araşdırma aparılıb, heyvanlar kliniki müayinədən keçirilib və şübhəli heyvanlar təcrid olunub. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təsərrüfatın girişində dezobaryer qurulub, kənar şəxslərin girişi məhdudlaşdırılıb və dezinfeksiya işləri görülüb. Həmçinin ətraf yaşayış məntəqələrində heyvanlar peyvəndlənib.
Agentlikdən bildirilib ki, hazırda Samux rayonunda epizootik vəziyyət sabitdir və təsərrüfatdakı heyvanların ümumi vəziyyəti mütəxəssislərin gündəlik nəzarəti altındadır.
No Comment! Be the first one.