Xocavənddə traktor minaya düşdü: Xəsarət alan var
İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina partlayışı baş verib.
hadiseler.info xəbər verir ki, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Ramal Şirinovun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində R.Şirinov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araştırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq vətəndaşlara bir daha xəbərdarlıq edərək bələd olmadıqları və təhlükəli ərazilərə daxil olmamağı tövsiyə edib.
No Comment! Be the first one.