Latviyada məktəblilərə PUA idarəetməsi və NATO standartları öyrədilir
Latviya Gənclərin Müdafiə Mərkəzi yuxarı sinif şagirdləri üçün pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması və NATO standartlarının öyrədildiyi 12 yay sessiyası təşkil edib.
hadiseler.info xəbər verir ki, mərkəz təlimlərin böyük tələbat nəzərə alınaraq keçirildiyini bildirib. Sessiyalar çərçivəsində şagirdlər aeronavtika, meteorologiya, hava məkanının təsnifatı, maskalanma prinsipləri, eləcə də NATO-nun fonetik əlifbası və normativ sənədləri ilə tanış olublar.
Milli müdafiə proqramı üzrə təşkil edilən bu düşərgələr dövlət orta məktəblərinin yuxarı sinif şagirdləri və texnikum tələbələri üçün nəzərdə tutulub.
No Comment! Be the first one.