Gürcüstan millisinin futbolçusu “Sevilya”da — 4 milyonluq transfer
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
hadiseler.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan Giorgi Koçoraşvilini transfer edib.
“Sevilya” 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi üçün qarşı tərəfə 4 milyon avro təzminat ödəyib. Təcrübəli futbolçu ilə 2030-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb.
No Comment! Be the first one.