Sahibkarların nəzərinə: Sentyabrın 1-dən 10 illik yeni güzəştlər başlayır
Sentyabrın 1-dən etibarən Azərbaycanda qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahibkarlar üçün genişmiqyaslı yeni güzəştlər paketi qüvvəyə minir.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyevin fərmanlarına əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı çəkdiyi daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən karşılanacaq. Bu dəstək dəmir yolu, hava, dəniz və yerli nəqliyyat vasitələri ilə həyata keçirilən daşımalara şamil olunur. Xarici nəqliyyat vasitələri istifadə edildikdə isə subsidiyalaşdırma 50 faizədək təşkil edəcək.
Mexanizm Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına da şamil olunacaq. Bununla yanaşı, sahibkarların gömrük rəsmiləşdirilməsi üzrə yığımlarının bir hissəsi kompensasiya ediləcək. Bu güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində qüvvədə olacaq.
Eyni zamanda, sentyabrdan etibarən elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min dolları ötən qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyatdan keçmək məcburi hesab ediləcək.
No Comment! Be the first one.