İstanbuldan Antalyaya gedən avtobus aşıb: 22 yaralı-FOTOLAR
Türkiyənin Afyonkarahisar vilayətində sərnişin avtobusunun aşıb-yuvarlanması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info İHA agentliyinə istinadən xəbər verir ki, qəza Sinanpaşa rayonu ərazisində qeydə alınıb. İstanbul-Antalya marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcında idarəetmədən çıxaraq qoruyucu çəpərlərə çırpılıb və aşıb.
Hadisə nəticəsində 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Əraziyə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılara yerində ilkin yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara təxliyə ediliblər.


No Comment! Be the first one.