Yeniyetmə cüdoçularımız Dünya Çempionatını 2 medalla başa vurdular
Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində təşkil olunan dünya çempionatındakı mübarizəsini 1 qızıl və 1 gümüş medalla yekunlaşdırıblar.
hadiseler.info xəbər verir ki, yarışların son günündə 81 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli gümüş mükafata sahib çıxıb. Əvvəlki günlərdə isə Fərid Rzazadə (50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanmışdı.
Bu nəticə ilə Azərbaycan milli komandası 59 ölkənin qatıldığı mundialda oğlanların yarışında 4-cü, ümumi komanda hesabında isə 5-ci yeri tutub.
No Comment! Be the first one.