Messi vurdu, “İnter Mayami” uduzdu — Matçın nəticəsi
Argentina millisinin ulduz futbolçusu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun heyətində növbəti dəfə fərqlənib.
hadiseler.info xəbər verir ki, təcrübəli hücumçu MLS-in müntəzəm mövsümü çərçivəsində keçirilən “Toronto” ilə ev oyununda rəqib qapısına yol tapıb.
Messinin 83-cü dəqiqədə vurduğu qola baxmayaraq, “İnter Mayami” meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Qeyd edək ki, bu məğlubiyyətdən sonra komanda Şərq Konfransında 21 oyundan topladığı 39 xalla 2-ci pillədə qərarlaşıb.
No Comment! Be the first one.