ABŞ-də alov sürətlə yayılır: Min ev təhlükə altında – VİDEO
ABŞ-nin Nevada ştatının şimalında baş verən təbii yanğın qısa müddətdə geniş ərazini bürüyüb. Cəmi bir gün ərzində alovun əhatə etdiyi sahə 3 200 hektara çatıb.
hadiseler.info “ABC News”a istinadən xəbər verir ki, Rino şəhəri yaxınlığında başlayan və “Hawk” adı verilən yanğın 1 000-dən çox evi birbaşa təhlükə altına qoyub. Alovun sürətlə yayılması səbəbindən bəzi rayonlarda sakinlərin təxliyəsinə start verilib.
Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Riçard Edvards bildirib ki, şiddətli külək alovun yaşayış məntəqələrinə doğru irəliləməsini sürətləndirir və bu da yanğınsöndürənlərin işini kəskin çətinləşdirir.
No Comment! Be the first one.