Tailandda bir gecədə 30-dan çox hücum: Ordu və polis yüksək hazırlıq vəziyyətinə gətirildi
Tailandın cənub bölgəsində fəaliyyət göstərən silahlı qruplaşmalar mülki infrastruktura kütləvi hücumlar həyata keçirib. Bir gecədə baş verən 30-dan çox hücum nəticəsində ən azı iki nəfər xəsarət alıb.
hadiseler.info “Thai PBS” telekanalına istinadən xəbər verir ki, insidentlər Narathivat, Pattani və Yala əyalətlərində qeydə alınıb. Naməlum şəxslər kommunal xidmət avtomobillərini yandırıb, mobil rabitə qüllələrini sıradan çıxarıb, eləcə də inzibati binalara və mağazalara hücum ediblər.
Hadisələrdən dərhal sonra ölkənin ordu və polis qüvvələri yüksək hazırlıq rejiminə keçirilib, strateji obyektlərdə nəzarət gücləndirilib. Yerli əhaliyə zərurət olmadıqca evdən çıxmamaq tövsiyə olunub.
Qeyd edək ki, regionda müstəqil sultanlıq qurmaq istəyən separatçı qüvvələrlə mərkəzi hakimiyyət arasında münaqişə 70 ildən çoxdur davam edir və bu dövrdə 7 mindən çox insan həyatını itirib.
No Comment! Be the first one.