Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı
“TRIPP layihəsi yalnız Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsini bərpa etməyəcək, həm də Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək”.
hadiseler.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin 2026–2031-ci illər üzrə fəaliyyət proqramını parlamentdə təqdim edərkən bildirib.
Paşinyanın sözlərinə görə, çəkiləcək dəmir yolu xətti Ermənistanı Azərbaycan ərazisindən keçməklə Rusiya və Orta Asiya ölkələri ilə birləşdirəcək. Layihəyə əsasən, yük qatarlarının Aqarakdan Naxçıvan istiqamətinə hərəkət etməsi planlaşdırılır.
No Comment! Be the first one.