Məhkəmə Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv etdi
ABŞ federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının 75 ölkə vətəndaşına köçmə vizalarının verilməsini dayandıran qərarını ləğv edib.
hadiseler.info xəbər verir ki, Manhetten Məhkəməsinin hakimi Cennet Varqas yanvar ayında Dövlət Departamenti tərəfindən tətbiq edilən məhdudiyyətin hüquqa zidd olduğuna hökm çıxarıb.
Qərarda Dövlət katibi Marko Rubionun konsulluq əməkdaşlarının səlahiyyətlərini aşaraq immiqrasiya qanunvericiliyini pozduğu bildirilib. Məhkəmə yalnız milliyyətə və vətəndaşlığa əsaslanaraq viza verilməsinə kütləvi qadağa qoyulmasının hüquqi çərçivəyə zidd olduğunu vurğulayıb.
Xatırladaq ki, Yanvar ayında tətbiq olunan məhdudiyyət Braziliya, Misir, Somali, Haiti və Rusiya da daxil olmaqla 75 ölkənin vətəndaşlarını əhatə edirdi. Ağ Ev bu addımı sosial yardımlardan sui-istifadənin qarşısını almaq məqsədi ilə əsaslandırmağa çalışırdı.
No Comment! Be the first one.