Konqoda Ebola dəhşəti: Yoluxanların sayı 5 500-ü keçdi
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 5 515-ə çataraq kritik həddə çatıb.
hadiseler.info xəbər verir ki, bu barədə sözügedən Afrika ölkəsinin Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində ölkədə daha 51 yeni yoluxma faktı qeydə alınıb. Təhlükəli epidemiya səbəbindən həyatını itirənlərin ümumi sayı 2 642 nəfərə yüksəlib, ölüm faizi isə 47.9% təşkil edir.
Hazırda xəstəxanalarda və xüsusi tibbi təcridxanalarda Ebolaya yoluxma şübhəsi ilə 700-dən çox şəxs saxlanılır. Virus daşıyıcıları ilə təmasda olan şəxslərin izlənilməsi göstəricisi isə 85.5 faizə bərabərdir.
No Comment! Be the first one.