“Putin onunla görüşməyəcək”
Rusiya Prezidenti Vladimir Putinin iş qrafikində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklifflə hər hansı görüş nəzərdə tutulmayıb.
hadiseler.info xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildiriş edib.
Putinlə Retkliff arasında görüşün baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandıran Peskov Rusiya dövlət başçısının amerikalı rəsmi ilə görüşməyəcəyini vurğulayıb.
Xatırladaq ki, CIA direktoru Con Retkliffin Rusiya rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Moskvaya gözlənilməz səfər etdiyi məlum olub. Lakin onun Rusiyada məhz kimlərlə bir araya gələcəyi barədə rəsmi açıqlama verilməyib.
No Comment! Be the first one.