Konqoda Ebola virusunq yoluxanların sayı 5 600-ü keçdi
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 5 656-ya çatıb.
hadiseler.info xəbər verir ki, bu barədə KDR Milli İctimai Səhiyyə İnstitutu (INSP) məlumat yayıb.
İnstitutun gündəlik hesabatına əsasən, son 24 saat ərzində ölkədə 72 yeni yoluxma, 18 ölüm və 30 sağalma halı qeydə alınıb. Bununla da epidemiyanın başlanmasından bu yana təhlükəli virusdan həyatını itirənlərin ümumi sayı 2 715 nəfərə yüksəlib.
Səhiyyə rəsmiləri epidemiyanın ölkənin altı əyalətində sürətlə yayılmaqda davam etdiyini bildirirlər.
No Comment! Be the first one.