Robert Koçaryanın həbsi üçün yenidən vəsatət qaldırıldı
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbs edilməsi üçün müstəntiqlər tərəfindən yenidən vəsatət qaldırılıb.
hadiseler.info xəbər verir ki, bu barədə eks-prezidentin oğlu, deputat Levon Koçaryan jurnalistlərə məlumat verib. Qeyd olunub ki, həkimlər Robert Koçaryanın səhhəti ilə bağlı onun məhkəməyə aparılmasına icazə verməyiblər.
Atasının saxlanılma müddətinin səhər saatlarında başa çatdığını bildirən Levon Koçaryan, müstəntiqlərin 24 saat ərzində onun həbs olunması üçün yenidən məhkəməyə müraciət etdiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, Ermənistanın iki keçmiş dövlət başçısı — Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi faktı üzrə qaldırılmış cinayət işinə cəlb olunublar.
No Comment! Be the first one.