Şəkidə yol qəzası: 3 nəfər xəsarət aldı
Şəki rayonunda yaralanma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində avtomobildə olan Oğuz rayon sakinləri — 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Hazırda onların müayinə və müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.