“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” klubuna məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
hadiseler.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 59-cu dəqiqədə “Qarabağ”ın futbolçusu Kadi Borges açıb. Qonaqlar 80-ci dəqiqədə Marko Pyatsanın qolu ilə tarazlığı bərpa edib, 90+2-ci dəqiqədə isə Maks Brüns “Tvente”ni önə keçirib. Niderlandda təşkil olunan ilk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib və qarşılaşmada əlavə vaxt oynanılıb.
Əlavə vaxtın 94-cü dəqiqəsində Vaut Veqhorst “Tvente”nin üçüncü qolunu vurub. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq “Qarabağ”ı azlıqda qoyub. Məyusluqla davam edən matçın 115-ci dəqiqəsində Yunes Taha fərqlənərək yekun hesabı müəyyənləşdirib — 1:4.
İki oyunun nəticəsinə görə rəqibinə 2:4 hesabı ilə uduzan “Qarabağ” mübarizəni dayandırıb və bununla da komandanın ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində iştirak seriyası başa çatıb.
No Comment! Be the first one.