“Neftçi” yeni transferini rəsmən açıqladı
Bakının “Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
hadiseler.info xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana “ağ-qaralar”ın yeni transferi olub. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, D.Jubitana ötən mövsüm Yunanıstanın “Atromitos” klubunun heyətində keçirdiyi 36 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Əvvəllər Niderland və Belçika liqalarında da çıxış etmiş vinger, 2024-cü ildən formasını geyindiyi Surinam milli komandasında 16 oyuna çıxaraq 1 qol vurub.
No Comment! Be the first one.