Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
Bu gün 2021-ci ildə Kəlbəcərdə şəhid olan Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışovun anadan olmasının ildönümüdür.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, Sirac Abışov 29 avqust 1989-cu ildə Qubadlı şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə didərgin düşərək Sumqayıtda məskunlaşan S.Abışov 2019-cu ildən AzTV-də operator kimi fəaliyyətə başlayıb.
O, 4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olub. Həmin faciədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər RİH-in nümayəndə müavini Arif Əliyev də həlak olublar. Şəhid jurnalist Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Sirac Abışov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
No Comment! Be the first one.