Ukraynalı eks-nazirə İtaliyada müdafiə sahəsində vəzifə verildi
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Qvido Krozettonun müşaviri vəzifəsinə təyin olunub.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı M.Fedorov rəsmi “Telegram” kanalında açıqlayıb.
Onun sözlərinə görə, yeni postunda İtaliyaya texnologiyaların inkişaf etdirilməsi, müdafiə sahəsinin təkmilləşdirilməsi və qlobal təhlükəsizlik çağırışlarına uyğunlaşma istiqamətində dəstək verəcək.
Qeyd edək ki, Qvido Krozetto bu vəzifəni ukraynalı məmura iyulun sonunda — M.Fedorov Ukraynanın müdafiə naziri postunu tərk etdikdən sonra təklif etmişdi. Həmin vaxt Ukrayna Prezidenti Volodimir Zelenski də ona bir neçə vəzifə təklif etmişdi.
No Comment! Be the first one.