Yasamalda binadan yıxılan gənc tələbə həyatını itirdi
Bakının Yasamal rayonunda ölüm ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, Salyan rayon sakini, 3-cü kurs tələbəsi olan Şirməmməd Atayev çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.
Məlumata görə, mərhum gənc məşhur aşpaz Azər Atayevin yeganə oğlu olub. Onların anasının isə kollecdə müəllim kimi çalışdığı bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.