NASA rəhbəri: “Starship” kosmik gəmisinin sınaq uçuşları hər həftə keçirilə bilər
“SpaceX” şirkəti 2027-ci ildən etibarən “Starship” kosmik gəmisinin sınaq uçuşlarını təqribən hər həftə reallaşdırmaq imkanına malik olacaq.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman “Fox News” telekanalına verdiyi açıqlamada bildirib.
Cared Ayzekman qeyd edib ki, “SpaceX” eyni zamanda Aya eniş modulunun hazırlanması istiqamətində də fəal iş aparır. Şirkətin strategiyasına əsasən, “Starship” gəmisinin müxtəlif modifikasiyaları yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin orbitə çıxarılması, habelə Ay, Mars və digər səma cisimlərinə missiyaların həyata keçirilməsi üçün universal kosmik sistem rolu oynayacaq. Proqnozlara görə, təkrar istifadə oluna bilən “Super Heavy” daşıyıcısı və “Starship” gəmisi geri qayıdarkən şaquli formada eniş edəcək.
No Comment! Be the first one.