Nepalda həlak olanların sayı 680 nəfəri keçdi
Nepalın Çinlə sərhəd rayonlarında baş verən dəhşətli daşqınlar nəticəsində insan tələfatı kəskin şəkildə artaraq 675 nəfərə çatıb.
hadiseler.info xəbər verir ki, bu barədə Nepalın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.
Çinin dövlət KİV-lərinin verdiyi məlumata görə, həmin təbii fəlakət çərşənbə günü Tibet bölgəsində də insan tələfatına səbəb olub və orada 7 nəfər həlak olub. Beləliklə, Nepalda və Tibetdə baş verən daşqınlar nəticəsində həyatını itirənlərin ümumi sayı 682 nəfərə yüksəlib. Ərazidə xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir.
No Comment! Be the first one.