Filippində təbii fəlakətlər 32 nəfərin həyatına son qoyub
Filippində son bir ay ərzində tüğyan edən musson yağışları və tropik siklonların törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 32 nəfər həlak olub.
hadiseler.info xəbər verir ki, bu barədə “The Philippine Daily Inquirer” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlərin böyük əksəriyyəti ölkənin şimalındakı Luson adasında qeydə alınıb, daha 3 nəfər isə itkin düşmüş hesab olunur. Təbii fəlakət ümumilikdə 8 milyon insana mənfi təsir göstərib, 26 minə yaxın sakin təxliyə mərkəzlərinə yerləşdirilib. Daşqınlar nəticəsində 2 900 ev, yollar və körpülər zərər görüb. Filippin Meteorologiya Xidməti infrastruktura artıq 100 milyon dollar ziyan vuran yağışların davam edəcəyini proqnozlaşdırır.
No Comment! Be the first one.