Çin və Qırğızıstan müqavilə imzaladı
Çin Xalq Respublikası və Qırğız Respublikası arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsinə dair mühüm sənədlər imzalanıb.
hadiseler.info xəbər verir ki, Çin Sədri Si Cinpin və Qırğızıstan Prezidenti Sadır Japarov daimi mehriban qonşuluq, dostluq və əməkdaşlığa dair ikitərəfli müqaviləni, eləcə də hərtərəfli strateji tərəfdaşlığın inkişafı haqqında birgə bəyannaməni təsdiqləyiblər.
Prezident Sadır Japarov iki ölkə arasındakı əməkdaşlığın inkişafın “qızıl dövrünə” qədəm qoyduğunu vurğulayaraq bildirib:
“Çin bizim mehriban qonşumuz, yaxın dostumuz və etibarlı tərəfdaşımızdır. Bu gün imzalanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə hərtərəfli strateji tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaradır”.
No Comment! Be the first one.