İndoneziyada asma körpü açılışda çökdü-VİDEO
İndoneziyanın Qərbi Yava əyalətində yeni tikilən asma körpü açılış mərasimi zamanı gözlənilmədən dağılıb.
hadiseler.info xəbər verir ki, hadisə Panqandaran bölgəsinin Marqaçinta kəndində baş verib. Təxminən 724 min dollara (1,2 milyon manat) başa gələn 60 metrlik “Ponqpet” asma körpüsünün açılışında regional rəsmilər, hərbçilər və yerli sakinlərdən ibarət 50-dən çox insan eyni anda konstruksiyanın üzərinə çıxıb.
İzdihamın ağırlığına tab gətirməyən dayaq kabellərindən biri ana birləşmə nöqtəsindən qopub və körpü bir tərəfə əyilib. Yaşanan panika zamanı bir neçə nəfər yıxılaraq yüngül xəsarət alsa da, xoşbəxtlikdən ölənlər olmayıb. Fəlakətdən sonra körpünün istifadəsi dərhal dayandırılıb və texniki yoxlamalara başlanılıb.
No Comment! Be the first one.