Nepalda daşqınlarda ölənlərin sayı 1127-yə çatdı
Avqustun 26-da Nepalda Çinlə sərhəddə baş verən dağıdıcı daşqınlar nəticəsində tələfatın sayı faciəvi həddə çatıb.
hadiseler.info xəbər verir ki, yerli polisin yaydığı son məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1127 nəfərə yüksəlib.
Məlumata əsasən, həlak olanlardan 911 cəsədin şəxsiyyəti hələlik müəyyən edilməyib. Ərazidə itkin düşmüş 4858 şəxsin axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir. İtkin düşənlər arasında 23 ölkədən olan 261 xarici vətəndaş da var. Xilasedicilər humanitar yardımı və xüsusi xilasetmə avadanlıqlarını yolun digər tərəfində yerləşən xilasetmə zonasında çatdırmağı bacarıblar.
No Comment! Be the first one.