ABŞ-də jurnalist Çinə casusluq etdiyi üçün həbs olundu
ABŞ-də jurnalist Tomas Veyr Pauken Çin xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
ABŞ baş prokurorunun köməkçisi Con Eyzenberq bildirib ki, Pauken ABŞ vətəndaşlığından Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin xeyrinə agentlər cəlb etmək və gizli məlumatlar toplamaq üçün istifadə edib. Təxminən 15 il Çində yaşayaraq Tomas Makqreqor təxəllüsü ilə jurnalist kimi fəaliyyət göstərən Pauken iyunun 5-də xarici hökumətin agenti kimi fəaliyyət göstərdiyini etiraf edib. FTB-nin məlumatına görə, o, 2019–2026-cı illər ərzində icra etdiyi tapşırıqlar müqabilində Çin kəşfiyyatından ən azı 100 min dollar pul alıb.
No Comment! Be the first one.