İstanbulda gəmi qəzasını çəkən operator insanların hücumuna məruz qaldı- VİDEO
İstanbulda baş verən gəmi qəzası yerində peşə fəaliyyətini yerinə yetirən “24 TV” kanalının operatoru Fatih Coşkun fiziki müdaxilə ilə qarşılaşıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, qəza ərazisində çəkiliş aparan jurnalistin fəaliyyətinə hadisənin ilk dəqiqələrində orada olan gəmi heyətinin yaxınları mane olmaq istəyiblər. Vəzifəsini icra etdiyi əsnada gəmi heyətinin yaxınlarının hədəfinə çevrilən operator Fatih Coşkun fiziki təzyiqə və hücuma məruz qalıb.
No Comment! Be the first one.