ABŞ İranın üç neft tankerini sıradan çıxarıb
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus üç neft tankerini vurduğunu açıqlayıb.
hadiseler.info xəbər verir ki, əməliyyat SEPAH tərəfindən regional sularda patrul xidməti həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücum edilməsindən sonra reallaşıb. CENTCOM-un məlumatına görə, ABŞ hərbi gəmiləri hücumlardan yayınmağı bacarıb və şəxsi heyət arasında xəsarət alan olmayıb. Cavab olaraq endirilən zərbələr nəticəsində “M/T Downy”, “M/T Stark 1” və “M/T Kylo” tankerləri sıradan çıxarılaraq yararsız hala salınıb.
Hadisə nəticəsində tələfat qeydə alınmayıb.
No Comment! Be the first one.