10 nəfəri öldürən məktəblinin anası yenidən HƏBS EDİLDİ
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək bir müəllim və 9 şagirdi qətlə yetirən, 15 nəfəri isə yaralayan İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli haqqında yenidən həbs qərarı verilib.
hadiseler.info xəbər verir ki, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsində keçirilən ilk iclasda ananın azadlığa buraxılması, atası Uğur Mersinlinin isə həbsdə saxlanılması barədə qərar verilmişdi.
Kahramanmaraş Baş Prokurorluğunun apellyasiya şikayətini nəzərdə tutan yüksək məhkəmə instansiyası — 4-cü Ağır Cinayət Məhkəməsi azadlığa buraxılma qərarını ləğv edib. Osmaniyədə saxlanılan Peyman Pınar Mersinli yenidən həbsxanaya gönderilib.
Prokurorluğun hazırladığı 43 səhifəlik ittihamnamədə ananın “şüurlu səhlənkarlıq nəticəsində birdən çox insanın ölümünə və yaralanmasına səbəb olma” maddəsi üzrə cəzalandırılması tələb olunur.
No Comment! Be the first one.