Ucarda TIR yandı – VİDEO
Bakı-Qazax magistral yolunda yük avtomobilinin iştirakı ilə yanğın hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə yolun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkət edən və kabellə yüklənmiş TIR qəfildən alışıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
No Comment! Be the first one.