AAYDA-da yeni təyinat: Şöbə rəisi vəzifəsinə tapşırıq verildi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi baş verib.
hadiseler.info Unikal-a istinadən xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirli tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Cavid Kərimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Protokol şöbəsinin rəhbəri təyin edilib. Qeyd edək ki, C.Kərimov bu təyinata qədər Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) müvafiq vəzifədə çalışıb.

No Comment! Be the first one.