ABŞ Cənubi Qafqaza 201 milyon dollar vəsait ayırdı: Marko Rubiodan mühüm bəyanat
ABŞ hökuməti Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutu boyunca özəl sektor investisiyalarını təşviq etmək məqsədilə 201 milyon dollar vəsait ayırıb. Hadisələr.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio yazılı açıqlamasında bildirib.
Rubio Transxəzər Sahibkarlıq Fondunun yeni seçilmiş direktorlar şurasının rəhbərliyi altında fəaliyyətə başladığını və fondun 201 milyon dollar kapitala malik olduğunu elan edib.
ABŞ diplomatiyasının rəhbəri xatırladıb ki, düz bir il əvvəl ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.
TRIPP layihəsi və regional inkişaf
Sözügedən təşəbbüs “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılıb.
Layihə çərçivəsində regionda dəmir yolu, avtomobil, enerji və rəqəmsal infrastrukturun əsaslı şekilde modernləşdirilməsi nəzərdə tutulur.
No Comment! Be the first one.