Co Baydenin xərçəng xəstəliyinin sümüklərə yayıldığı açıqlanıb
ABŞ-nin keçmiş prezidenti Co Baydenin prostat xərçənginin sümüklərə və digər orqanlara yayıldığı məlum olub. Hadisələr.info xəbər verir ki, bu barədə eks-prezidentin oğlu Hanter Bayden “BBC News”a müsahibəsində bildirib.
Hanter Bayden atasının səhhətinin ağır olduğunu və xəstəliyin sümüklərə, daha sonra isə digər orqanlara metastaz verdiyini vurğulayıb. O, atasının vəziyyətini “çox ağrılı” və “yorucu” kimi xarakterizə edərək, onu görməyin ailə üçün çox ağır olduğunu ifadə edib.
Qeyd edək ki, Co Baydenə 2025-ci ildə prostat vəzinin aqressiv xərçəngi diaqnozu qoyulmuşdu. O zaman şişin hormonlara həssas olduğu və müalicə imkanlarının mövcudluğu bildirilmişdi.
Keçmiş prezidentin səhhəti diqqət mərkəzindədir
Siyasətçinin xəstəliyinin dərinləşməsi beynəlxalq ictimaiyyətin və ABŞ mediasının diqqətində qalmağa davam edir.
Ailəsi eks-prezidentin yanında olduğunu və müalicə prosesinin davam etdiyini bildirir.
No Comment! Be the first one.