ABŞ-də “F-16” qırıcısı qəzaya uğradı – VİDEO
ABŞ-nin Miçiqan ştatında “F-16” tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb.
hadiseler.info “NBC” telekanalına istinadən xəbər verir ki, insident ştatın şimalında, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00-da) qeydə alınıb.
Təyyarənin pilotu qəza anında katapult edərək xilas ola bilib. O, dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə əlaqədar yerli sakinlərə təhlükəsizlik məqsədilə evlərində qalmaları və pəncərələri açmamaları tapşırılıb.
Qəzanın başvermə səbəbləri barədə hələlik məlumat verilmir, araşdırma aparılır.
No Comment! Be the first one.