Təyyarədə dava salan sərxoş sərnişin oturacağa skoçlandı – VİDEO
ABŞ-də Texasdan Nyu-Cersiyə uçan təyyarədə insident yaşanıb.
hadiseler.info “TMZ” portalına istinadən xəbər verir ki, sərxoş vəziyyətdə olan sərnişin göyərtədə dini xarakterli təhqirlər səsləndirib, bələdçiyə qarşı irqçi ifadələr işlədib və yanında əyləşən şəxsə zərbə endirib.
Məlumata görə, aqressiv şəxs başqa bir sərnişinin notbukunu sındıraraq ətrafdakılarla davaya girişib. Qaydanı pozan sərnişin digərləri tərəfindən zərərsizləşdirilib və oturacağına skoçla bağlanıb. Baş vermiş hadisəyə görə pilotlar Merilend ştatında məcburi eniş etməli olublar. Təyyarə yerə endikdən sonra xuliqanlıq edən şəxs polis əməkdaşlarına təhvil verilib.
No Comment! Be the first one.