ABŞ-dən İrana sert xəbərdarlıq: “Cavab verilsə, hərbi zərbə endiriləcək”
ABŞ İrana qarşı genişmiqyaslı iqtisadi təcrid və “maliyyə hücumu” elan edərək Tehrana xəbərdarlıq edib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Financial Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir vurğulayıb ki, Tehran bu iqtisadi təzyiqlərə hərbi eskalasiya ilə cavab verərsə, Birləşmiş Ştatlar ləngimədən və qətiyyətlə cavab zərbələri endirəcək.
Məqalədə Prezident Donald Trampın İrana dəstək verən istənilən ölkə və ya qurumun da cəzalandırılacağını bəyan etdiyi diqqətə çatdırılır. Əgər Tehran ABŞ hərbçilərinə və ya Fars körfəzindəki qonşularına hücum edərsə, Vaşinqton dərhal hərbi güc tətbiq edəcək.
İran Xarici İşlər Nazirliyi isə Vaşinqtonun bu addımını “iqtisadi terrorizm və bəşəriyyətə qarşı cinayət” kimi dəyərləndirib.
No Comment! Be the first one.